Məhsulun kodu:
001-08
Müddəti:
Stokda var
Təbii çiçək və bitkilərdən hazırlanır. Çiçəklər onu sevgi ilə daşıya bilən xanımlar üçündür. Bəzək sözlərə gərək yoxdur, çiçəklərin pıçıltısı hisslərinizi ifadə edəcək. İstifadə olunan çiçəklər xüsusi üsullarla, formasını, ləçəklərini korlamadan qurudulur. Hopdurulan maddə yüksək keyfiyyətli olduğu üçün çiçəklərə yan təsiri olmur. Hava ilə təması olmadığı üçün çiçəklər on illərlə qoruna bilir. Xüsusi üsulla hazırlandığı üçün sınmır, güllər rəngini dəyişmir və solmur. Hopdurulan maye "Epoxy Resin" maddəsidir. Suya, asitlərə dözümlüdür, zamanla aşınmır, rəngini dəyişmir.
Ozonthamnus, gipsofila və mələkotu bitkisindən istifadə olunub. · Ozonthamnus çiçəyinin çox növü ölkəmizdə yetişmir. · Mələkotu - ən çox Çin, Koreya və Asiyada geniş yayılıb. Ölkəmizdə də bitən bu çiçək sentyabr, oktyabr aylarında toplanır. Bu çiçək tibbdə və dekorativ aksesuarların gül buketlərinin hazırlanmasında istifadə olunur. Mənfi auralı insanlardan uzaqlaşmaq istəyən xanımların danışan çiçəyidir. Deyilənə görə ziyanvericilər bu çiçəkdən uzaq qaçır. · Polad və ya gümüş sep seçimi var. · Sep uzunluğu: 45 sm
Çatdırılma xidməti kuryerlər tərəfindən, məhsulun hazır olduğu gündən etibarən 24 saat ərzində həyat keçirilir. Xidmət ödənişlidir.